Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban ətləri 9 minə yaxın şəxsə paylanacaq

Sosial müdafiə
  • 14 oktyabr, 2025
  • 11:48
Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban ətləri 9 minə yaxın şəxsə paylanacaq

Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyi "Adahi" proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirib.

"Report" xəbər verir ki, paylanma mərasimi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri, Krallıqdan gələn nümayəndələr və Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Göndərilən sovqatın Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisində yaşayan şəhid ailələrinə, müharibə əlillərinə, eyni zamanda, həssas qrupdan olan ailələrə paylanması nəzərdə tutulub və ümumilikdə 9 minə yaxın şəxsi əhatə edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti