"Kapital Bank" III rübün maliyyə nəticələrini elan edib
- 14 oktyabr, 2025
- 14:38

Bu il oktyabrın 1-nə "Kapital Bank" ASC-nin aktivləri 12,06 milyard manat, o cümlədən kredit portfeli 5,43 milyard manat təşkil edib.
Hesabat tarixinə Bankın depozit portfeli 8,67 milyard manat, tutulmalardan sonra məcmu kapitalı 1,09 milyard manat, adi və imtiyazlı səhmlərin dəyəri isəə 265 milyon manat olub.
Bankın 9 ayda xalis mənfəəti 229 milyon manat təşkil edib.
"Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin I bankı "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün – https://kbl.az/prcrc.