Azərbaycan və Səudiyyə Ərəbistanı mülki müdafiə sahəsində memorandum imzalamağa hazırlaşır
Hərbi
- 14 oktyabr, 2025
- 14:44
Azərbaycan və Səudiyyə Ərəbistanı mülki müdafiə sahəsində yeni memorandum imzalamağa hazırlaşır.
Bu barədə "Report"a Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli məlumat verib.
Onun sözlərinə görə, sənəd Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi arasında imzalanacaq.
"Biz artıq memorandumun yekun variantını əldə etmişik", - o əlavə edib.
Diplomat həmçinin xatırladıb ki, ölkələr artıq müxtəlif sahələrdə bir neçə anlaşma memorandumu imzalayıb və yeni razılaşmalar üçün hazırlıqları davam etdirir.
Səfir bir sıra sahələrdə, o cümlədən hərbi, təhlükəsizlik, təhsil, ticarət, investisiya və mədəniyyət sahələrində sıx əməkdaşlıq və koordinasiyanın olduğunu xüsusilə vurğulayıb.
Son xəbərlər
16:41
Qırğızıstan Pakistanın dəniz limanlarından istifadə edə biləcək
Region16:39
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir
Digər16:36
"Barselona"nın baş məşqçisi üç futbolçunu heyətdə görmək istəmir
Futbol16:36
Ceyhun Bayramov: TRIPP layihəsi region üçün birinci dərəcəli əhəmiyyətə malikdir
Xarici siyasət16:30
Avropanın yeni müdafiə arxitekturası: NATO-Rusiya Şurasının ləğvindən sonra geosiyasi dəyişikliklər – ŞƏRH
Analitika16:27
Beynəlxalq turnirdə bombardir olan azərbaycanlı həndbolçu: "Hədəfim olimpiya çempionu olmaqdır"
Komanda16:26
Ceyhun Bayramov niderlandlı həmkarı ilə siyasi məsləhətləşmələr mexanizmini müzakirə edib
Xarici siyasət16:25
XİN başçısı: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
Xarici siyasət16:25