Nazir müavini: Səhiyyə sahəsində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görülür

Sağlamlıq
  • 30 oktyabr, 2025
  • 11:25
Nazir müavini: Səhiyyə sahəsində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görülür

Azərbaycanın səhiyyə sahəsində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görülür.

"Report" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sərgi səhiyyə sahəsində yeni əməkdaşlıqlar üçün mühüm platformadır:

"Medinex 2025" səhiyyə mütəxəssislərinin yeniliklərlə tanışlığı, mövcud tərəfdaşlıqların inkişafı, yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır və bu tədbir milli səhiyyə sisteminin innovativ inkişafına töhfə verir".

Son xəbərlər

Bütün Xəbər Lenti