Valtonen: Bakı və İrəvan arasında sülh prosesində müsbət dinamika müşahidə olunur
- 04 dekabr, 2025
- 13:24
Bu gün Cənubi Qafqaz regionunda Azərbaycan və Ermənistan arasında sülh prosesində müsbət dinamika müşahidə olunur.
"Report"un məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasının açılışında bildirib.
O bildirib ki, Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh prosesində müsbət irəliləyişlərin şahidi olub.
"Avqust ayında (Vaşinqtondakı görüşdə - red.) biz Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk prosesinin bütün strukturlarının bağlanması barədə konsensusa nail olduq. Bu isə sülh prosesinə dəstək verən və ATƏT-in büdcəsinin qəbul edilməsi yolunda ciddi maneəni aradan qaldıran mühüm addım oldu", - E.Valtonen qeyd edib.