ATƏT PA Bakı və İrəvan arasında sülhü dəstəkləməyə hazırdır

Xarici siyasət
  • 04 dekabr, 2025
  • 13:46
ATƏT PA Bakı və İrəvan arasında sülhü dəstəkləməyə hazırdır

ATƏT Parlament Assambleyası Azərbaycan və Ermənistan arasında davamlı sülhü dəstəkləməyə hazırdır.

"Report" xəbər verir ki, bunu ATƏT PA-nın prezidenti Pere Xuan Pons Sampyetro Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.

"Azərbaycanda və Ermənistanda barışıq yolunda addımlar atılır. Bu, həqiqətən də yaxşı xəbərdir və ATƏT PA davamlı sülhü dəstəkləməyə hazırdır", - o deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti