Azərbaycan və Çexiya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının 2026-da keçirilməsi planlaşdırılır

Xarici siyasət
  • 04 dekabr, 2025
  • 13:47
Azərbaycan və Çexiya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının 2026-da keçirilməsi planlaşdırılır

Azərbaycan və Çexiya arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının gələn il keçirilməsi gözlənilir.

Bunu "Report"a müsahibəsində Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek deyib.

O qeyd edib ki, Çex Respublikasında seçkilər keçirilib və bütün sonrakı addımları müəyyənləşdirəcək yeni hökumət hələ formalaşdırılmayıb:

"Ancaq biz hər iki tədbirin - Azərbaycan və Çexiya arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 2026-cı ildə baş tutacağını gözləyirik".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti