Ömər Paşayevin AFFA-dakı vəzifəsindən ayrılmasının səbəbi bəlli olub

Futbol
  • 04 dekabr, 2025
  • 13:57
Ömər Paşayevin AFFA-dakı vəzifəsindən ayrılmasının səbəbi bəlli olub

Ömər Paşayevin AFFA Hakimlər Departamentinin rəhbəri vəzifəsindən ayrılmasının səbəbi bəlli olub.

O, bu barədə "Report"a açıqlama verib.

Keçmiş hakim şəxsi işləri ilə əlaqədar bu addımı atdığını söyləyib:

"Öz istəyimlə bu vəzifədən ayrılmışam. Burada başqa səbəb yoxdur. Şəxsli işlərimlə əlaqədar bu qərarı verdim".

Ö.Paşayev hakim-inspetor kimi fəaliyyətini davam etdirəcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Ömər Paşayev 2024-cü ildən bu vəzifəni icra edib.

Son xəbərlər

Bütün Xəbər Lenti