Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
Region
- 09 oktyabr, 2025
- 22:03
Qəzza zolağında atəşkəs razılaşmasını alqışlayırıq.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.
O, razılaşmanı sülh istiqamətində atılmış ümidverici addım kimi qiymətləndirib və bunda ABŞ Prezidenti Donald Trampın diplomatik səylərinin həlledici rol oynadığını vurğulayıb.
"Biz Qəzza zolağında atəşkəs razılaşmasını sülhə doğru ümidverici mərhələ kimi alqışlayırıq. Prezident Trampın Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə dəstəklənən qətiyyətli diplomatiyası bu razılaşmanın əldə olunmasında əsas rol oynadı. Girovların dərhal azad edilməsi davamlı sülhün əsasını qoyacaq və bu bizim ortaq məsuliyyətimizdir", – Kobaxidze bildirib.
Son xəbərlər
07:45
Rubio Ukrayna danışıqlarında mübahisə doğuran əsas müddəanı açıqlayıb
Digər ölkələr07:18
Politico: Mask Vensin ABŞ-nin növbəti prezidenti olacağına inanır
Digər ölkələr06:50
"Bitkoin" və "Ethereum" əhəmiyyətli qiymət artımı nümayiş etdirir
Maliyyə06:16
"SpaceX" internet peyklərinin yeni qrupunu orbitə çıxarıb
İKT05:21
Kolumbiya prezidentindən Trampa müraciət: Suverenliyimizə hücum müharibə elanıdır
Digər ölkələr04:45
ABŞ Milli Təhlükəsizlik Agentliyi 2000 işçisini ixtisar edib
Digər ölkələr04:09
BMT: Bu il qlobal iqtisadi artım səviyyəsinin 2,6%-ə qədər azalacağı gözlənilir
Digər ölkələr03:34
Tramp Lula da Silva ilə ABŞ-nin Braziliyaya tətbiq etdiyi tarifləri müzakirə edib
Digər ölkələr03:06