Politico: Mask Vensin ABŞ-nin növbəti prezidenti olacağına inanır

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 07:18
Politico: Mask Vensin ABŞ-nin növbəti prezidenti olacağına inanır

Amerikalı milyarder İlon Mask keçmiş həmkarlarına bildirib ki, o, ABŞ-nin hazırkı vitse-prezidenti Ceyms Devid Vensin Ağ Evin növbəti rəhbəri olacağına inanır.

"Report" xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Mask bu əminliyini noyabrın 22-də ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin (DOGE) əməkdaşlarına videokonfrans müraciətində ifadə edib.

Mask faktiki olaraq hazırkı ABŞ prezidenti Donald Trampın yaxın çevrəsinin üzvü olub. Yuxarıda adı çəkilən və ictimaiyyətə açıqlanmayan çıxışı zamanı Mask ABŞ-nin "böyük 12 illik dövrün" başlanğıcında olduğunu vurğulayıb.

Nəşrin aydınlaşdırdığı kimi, bu, Trampın indiki dörd illik prezidentlik müddətinə, eləcə də Vensin sonrakı iki belə müddətinə aiddir. Qəzetin yazdığına görə, Mask Vens ilə yaxşı münasibət qurub. ABŞ-də isə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.

Vens hələlik prezidentliyə namizədliyini irəli sürmək planlarını qəti şəkildə açıqlamayıb, Trampın isə yenidən dövlət başçısı seçilməsi mümkün deyil. ABŞ Konstitusiyasına edilən 22-ci düzəliş bir prezidentin səlahiyyət müddətini iki müddətlə məhdudlaşdırır.

Mask həmçinin Tramp və Venslə birlikdə ABŞ-də "əsas sui-qəsd hədəfləri" arasında olduğuna əminliyini ifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti