"Barselona" İspaniya Futbol Çempionatında "Atletiko Madrid"i məğlub edib
- 03 dekabr, 2025
- 03:06
İspaniya Futbol Liqasının XIX turunun təxirə salınmış oyununda "Barselona" doğma meydanda "Atletiko Madrid"i 3:1 hesabı ilə məğlub edib.
"Report"un məlumatına görə, qarşılaşma "Kamp Nou" stadionunda baş tutub.
Qələbə qollarını Rafinya (26-cı dəqiqə), Dani Olmo (65) və Ferran Torres (90+6) vurub. "Atletiko"nun heyətində Aleks Baena (19) fərqlənib. 36-cı dəqiqədə "Barselona"nın hücumçusu Robert Levandovski penaltini qola çevirə bilməyib.
"Barselona" İspaniya Liqasında 37 xal qazanaraq liderliyini möhkəmləndirib və yarışdakı qələbə seriyasını beş oyuna çatdırıb.
Kataloniyalılar XIX turun matçını dekabrın 3-də səfərdə "Atletik" klubu ilə keçirəcək ikinci yeri tutan "Real Madrid"i dörd xal qabaqlayır.
"Atletiko Madrid" bütün yarışlarda yeddi oyunluq qələbə seriyasını başa vuraraq 31 xalla dördüncüdür.
"Barselona" növbəti liqa matçında "Real Betis"lə səfərdə, "Atletiko" isə səfərdə "Atletik Bilbao" ilə qarşılaşacaq. Hər iki oyun dekabrın 6-da keçiriləcək.