Tramp Lula da Silva ilə ABŞ-nin Braziliyaya tətbiq etdiyi tarifləri müzakirə edib

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 03:34
Tramp Lula da Silva ilə ABŞ-nin Braziliyaya tətbiq etdiyi tarifləri müzakirə edib

ABŞ prezidenti Donald Tramp braziliyalı həmkarı Luis İnasiu Lula da Silva ilə telefonda Braziliya mallarına tətbiq edilən rüsumları müzakirə edib.

"Report"un məlumatına görə, bunu amerikalı lider Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

"Bəli, gözəl söhbətimiz oldu. Ticarətdən, sanksiyalardan danışdıq. Çünki bildiyiniz kimi, mən baş verən müəyyən hadisələrlə bağlı sanksiyalar tətbiq etmişəm. Amma çox gözəl söhbətimiz oldu. Mən bundan həzz aldım", - Tramp deyib.

Çərşənbə axşamı günü Braziliya iki lider arasında telefon danışığı barədə məlumat yayıb.

"Luis İnasiu Lula da Silva ABŞ-nin ət, qəhvə və meyvə kimi bəzi Braziliya məhsullarına əlavə 40 faizlik gömrük rüsumunu ləğv etmək qərarını müsbət adlandırıb. O vurğulayıb ki, ölkələr tariflərə tabe olan digər malları da müzakirə etməlidirlər və Braziliya bu məsələ ilə bağlı danışıqlara mümkün qədər tez başlamağa sadiqdir", - deyə Braziliya rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti