Kolumbiya prezidentindən Trampa müraciət: Suverenliyimizə hücum müharibə elanıdır
- 03 dekabr, 2025
- 05:21
"Suverenliyi pozmaq Kolumbiyaya qarşı müharibə elan etmək deməkdir və bu, ölkələr arasında 200 illik münasibətləri məhv edəcək".
"Report"un xəbərinə görə, bunu Kolumbiya prezidenti Qustavo Petro amerikalı həmkarı Donald Trampın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində Cənubi Amerikadakı hədəflərə zərbə endirmək təhdidlərindən sonra sosial şəbəkədə yazıb.
"Bizim suverenliyimizə hücum müharibə elanıdır; iki əsrlik diplomatik əlaqələri məhv etməyin", - deyə Petro bildirib.
Kolumbiya lideri Trampı ABŞ-yə kokain verən narkotik laboratoriyalarının gündəlik məhvində iştirak etmək üçün ölkəsinə səfərə dəvət edib.
Qustavo Petronun sözlərinə görə, onun ölkəsi narkotikin ABŞ bazarına çıxmasının qarşısını almaq üçün əlindən gələni edir.