Vüsal Xəlilov: "Maliyyə bazarında rəqəmsallaşma səviyyəsini bir qədər də artırmaq lazımdır"
- 04 sentyabr, 2025
- 14:36

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarında rəqəmsallaşmanın müəyyən səviyyəsinə nail olub, lakin bunu bir qədər də artırmaq lazımdır.
"Report" xəbər verir ki, bunu AMB-nin sədr müavini Vüsal Xəlilov ICPC Dünya Finalı 2025-ə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurumun əsas məqsədi maliyyə bazarının inkişafına kömək etməkdir: "Əgər son illəri nəzərdən keçirsək, inkişafın əsas hərəkətverici qüvvəsinin rəqəmsallaşma olduğunu söyləyə bilərik. Beləliklə, hər yeni layihə, hər yeni məhsul və xidmət əsasən rəqəmsal kanallar vasitəsilə çatdırılır. Hazırda bizim rəqəmsal sahədə istedadlı şəxslərə böyük ehtiyacımız var. Biz artıq maliyyə bazarında rəqəmsallaşmanın müəyyən səviyyəsinə nail olmuşuq, lakin bunu artırmaq lazımdır".
O qeyd edib ki, AMB-nin bu müsabiqəni dəstəkləməsinin əsas səbəblərdən biri öz işində çox peşəkar olan daha çox istedadın inkişafına kömək etməkdir: "Bir çox aparıcı texnologiya təşkilatların təsisçiləri və əsas hərəkətverici qüvvələri arasında çox sayda ICPC məzunları var. İnanırıq ki, bu müsabiqə maliyyə bazarının, ölkənin rəqəmsallaşmanın inkişafına kömək edəcək".