Azərbaycan 9 ayda Qarabağ və Şərqi Zəngəzura 3 milyard manata yaxın pul qoyub

Maliyyə
  • 22 oktyabr, 2025
  • 13:29
Azərbaycan 9 ayda Qarabağ və Şərqi Zəngəzura 3 milyard manata yaxın pul qoyub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpasına dövlət büdcəsindən 2 milyard 900,9 milyon manat xərclənib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü layihələrə, 41 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.

Hesabat dövründə infrastruktur layihələri üzrə avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1 milyard 525,1 milyon manat, yeni yaşayış komplekslərinin tikintisinə 461,1 milyon manat, dəmir yolu xətlərinin tikintisinə 107,3 milyon manat, elektrik təchizatı işlərinə 48 milyon manat, su xətləri, kollektorlər və qurğularına 44,3 milyon manat, sənaye parkları və infrastruktura 27,7 milyon manat, geoloji kəşfiyyat işlərinə 7,1 milyon manat, Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat, digər zəruri işlərə 7,6 milyon manat xərclənib

Həmçinin dövlət büdcəsinin digər xərc maddələri üzrə 328,7 milyon manat nəqliyyat sektoruna, 4,7 milyon manat isə məskunlaşma və şəhərsalma-arxitektura işlərinə yönəldilib.

Son xəbərlər

Bütün Xəbər Lenti