ICPC prezidenti rəqəmsal gələcəyin formalaşmasında tələbələrin rolunu qeyd edib

Maliyyə
  • 01 sentyabr, 2025
  • 17:07
ICPC prezidenti rəqəmsal gələcəyin formalaşmasında tələbələrin rolunu qeyd edib

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi (ICPC) sadəcə bir yarış deyil, bütün dünya tələbələri üçün gələcəyə bir tramplindir.

"Report" xəbər verir ki, bunu ICPC Fondunun prezidenti Bill Pauçer Bakıda keçirilən 49-cu ICPC dünya finalının açılış mərasimində bildirib.

"Bütün dünyada ICPC - sizin tramplininizdir. Bu, sizin üçün, dostlarınız və qonşularınız üçündür. Siz imkanlar, məsuliyyət və ümidlər dövrünə daxil olursunuz. Cəsarətlə qurun. Həllər yaradın. Məsələləri həll edin. Ən əsası - yalnız yazdığınız kod vasitəsilə deyil, həm də sizi bu gün buraya gətirən nəcib ortaq məqsəd vasitəsilə əlaqəli qalın. Siz bu cəmiyyətə aidsiniz. Sizinlə birlikdə burada olmaq bizim üçün şərəfdir", - o qeyd edib.

Fond rəhbəri vurğulayıb ki, Bakıdakı Olimpiadada iştirak edən tələbələr ICPC-nin canlı qüvvəsidir: "ICPC ruhu könüllülər, iştirakçılar və tərəfdaşlar nəsilləri vasitəsilə ötürülür".