BFB: Gələn ildən istiqrazlar bütün Azərbaycan vətəndaşları üçün əlçatan ola bilər

Maliyyə
  • 26 noyabr, 2025
  • 12:26
BFB: Gələn ildən istiqrazlar bütün Azərbaycan vətəndaşları üçün əlçatan ola bilər

"Bakı Fonr Birjası" QSC (BFB) istiqrazları bütün Azərbaycan vətəndaşları üçün əlçatan etməyə çalışır.

"Report" xəbər verir ki, bunu BFB-nin Əməliyyatlar departamentinin direktoru və kommersiya inzibatçısı Mətin Yolçuyev Bakıda keçirilən XX Beynəlxalq Xəzər İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

"Bunu ekosistem iştirakçıları ilə birgə etməyi planlaşdırırıq. ​Çünki Azərbaycanda mobil bankçılıqdan istifadənin payı 80 %-dən çoxdur, eyni zamanda kapital bazarı ildən-ilə inkişaf edən, dinamik yenilikləri özü ilə gətirən bir bazardır. Biz inanırıq ki, bu trendi nəinki dəstəkləyə, hətta daha da yüksəyə apara bilərik. Ümumi plan bundan ibarətdir ki, buna texnologiya ilə birlikdə biznes anlayışını da əlavə etmək istəyirik", - deyə o qeyd edib.

M. Yolçuyev vurğulayıb ki, artıq növbəti ildən istiqrazlar bütün investorlara əlçatan olacaq. O, dəqiq tarixi açıqlamayıb, lakin bunun qısa zamanda olacağını deyib.

"Düşünürük ki, bunun ardınca digər bir layihələr də həyata keçirək. Təbii ki, investorların ehtiyacları bitmir, davamlı artır. Onların istəklərini təmin etmək üçün davamlı çalışırıq, planlar qurmuşuq və bu planlar üzərində ekosistem olaraq məqsədlərimizə çatacağımıza tam əminik", - M. Yolçuyev bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti