Uşakov: Kremldə Ukraynada sülh planının bir neçə variantı müzakirə olunub

Region
  • 03 dekabr, 2025
  • 02:06
Uşakov: Kremldə Ukraynada sülh planının bir neçə variantı müzakirə olunub

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner ilə Moskvada keçirilən görüşündə Ukraynada sülh planının bir neçə variantı müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, hələlik kompromis planı yoxdur; Amerikanın bəzi təklifləri Rusiya üçün məqbuldur, bəziləri isə yox.

"Söhbət çox faydalı, konstruktiv və çox məzmunlu olub", - Rusiya prezidentinin köməkçisi bildirib.

O qeyd edib ki, görüşdə ərazi məsələsi müzakirə olunub: "Putinlə Uitkoffun görüşündə ABŞ-nin sülh planının konkret formaları müzakirə olunmayıb; mahiyyətindən danışıblar".

Uşakov vurğulayıb ki, tərəflər Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün birgə işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti