"Bakı Fond Birjası"nın dövriyyəsi 48 %-ə yaxın artıb
Maliyyə
- 03 sentyabr, 2025
- 16:53

Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 43 milyard 617,519 milyon manat təşkil edib.
"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,5 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2 dəfə artaraq 19 829 olub.
BFB-nin dövriyyəsinin 76,5 %-i, yaxud 33 milyard 357,983 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 42,5 % çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 1,9 % azalaraq 4 milyard 710,456 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 13,5 % artaraq 1 milyard 549,08 milyon manat olub.
Son xəbərlər
04:21
Foto
Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə baş verib, ölənlər və yaralananlar var
Hadisə03:28
Tailand parlamenti yeni baş naziri seçəcək
Digər ölkələr03:13
Kosta Aİ-nin genişlənməsini mühüm geosiyasi sərmayə adlandırıb
Digər ölkələr02:42
KİV: Uitkoff Trampın Putin və Zelenski ilə görüşə hazır olduğunu bildirib
Digər ölkələr02:15
Maskın "Neuralink" şirkəti gələn il kor xəstədə görmə bərpası əməliyyatı planlaşdırır
Elm və təhsil02:01
Azərbaycanda xarici avtomobillərə "Yaşıl Kart"ın verilməsi qaydalarında dəyişiklik edilir
Maliyyə01:22
ABŞ Ordusu podratçıların təmir etdiyi sursatların 95 faizinə lazımi qaydada nəzarət etmir
Digər ölkələr01:09
Cəlilabadda 112 hektar torpaq sahəsi zəbtdən azad olunub
ASK00:24