Azərbaycanın dövlət şirkətləri arasında qeyri-neft-qaz ixracının həcminə görə liderlər açıqlanıb
- 28 noyabr, 2025
- 10:32
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft-qaz məhsullarının ümumi dəyəri ötən ilin eyni dövrü (839,8 milyon ABŞ dolları) ilə müqayisədə 123,85 milyon ABŞ dolları və yaxud 14,75 % artaraq 963,7 milyon ABŞ dolları təşkil edib.
"Report"un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 35,7 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edib.
Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:
| Şirkət | 2025-ci ilin yanvar-oktyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) | 2024-ci ilin yanvar-oktyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) | Faiz fərqi |
| SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | 344,1 | 344,5 | -0.12 % |
| "SOCAR Polymer" MMC | 223,3 | 218,8 | 2.06 % |
| "AzerGold" QSC | 196,3 | 110 | 78.45 % |
| "Azəralüminium" MMC | 103,8 | 118,7 | -12.55 % |
| SOCAR-ın Qaz İxrac İdarəsi | 57,2 | 0 | - |
| "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC | 33,3 | 46,7 | -28.69 % |
| "SOCAR-Dalğıc" MMC | 1,9 | 0 | - |
| "İstisu Mineral Su Zavodu" MMC | 1,6 | 0 | - |
| "Azərbaycan Dəmir Yolları" QSC | 1,5 | 0,266 | 463.91 % |
| Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti | 0,68 | 0,867 | -21.57 % |
Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 6,6 % artaraq 3 milyard ABŞ dollarına çatıb.