Azərbaycanın dövlət büdcəsinin faiz xərcləri 20% azalıb

Maliyyə
  • 10 avqust, 2021
  • 12:29
Azərbaycanın dövlət büdcəsinin faiz xərcləri 20% azalıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin faiz xərcləri 246,2 milyon manat təşkil edib.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% azdır.

Faiz ödənişləri proqnoza nisbətən 14,8% az icra edilib və illik proqnozun 39%-ni təşkil edib.