III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət sablya millisi gümüş medal qazanıb - YENİLƏNİB-2

Komanda
  • 07 oktyabr, 2025
  • 16:18
III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət sablya millisi gümüş medal qazanıb - YENİLƏNİB-2

Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət birinci komandası III MDB Oyunlarında gümüş medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, yığma finalda Rusiya ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan (35:45) komanda gümüş mükafatla kifayətlənib.

Azərbaycanın ikinci komandası isə yarımfinalda uduzaraq bürünc mükafata sahib çıxıb.

Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət ikinci komandası III MDB Oyunlarında bürünc medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, yığma yarımfinalda Rusiyaya 18:45 hesabı ilə uduzub.

Azərbaycanın əsas komandası isə yarımfinalda Özbəkistana qalib gəlib - 45:37.

Əsas komanda finalda Rusiyaya rəqib olub.

Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət ikinci komandası III MDB Oyunlarında yarımfinala vəsiqə qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir k, yığma 1/4 finalda Belarusdan güclü olub - 45:42.

Komanda yarımfinalda Rusiya kollektivi ilə üz-üzə gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti