Azərbaycanın kollektor agentliyinin səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 04 dekabr, 2025
  • 11:29
Azərbaycanın kollektor agentliyinin səhmdarlarının yığıncağı keçiriləcək

Yanvarın 9-da, saat 11:00-da Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36D (4-cü mikrorayon) ünvanında olacaq.

Yığıncağın gündəliyinə 2025-ci ilin maliyyə yekunları, dividend ödənişi və digər məsələlər daxildir.

Xatırladaq ki, "BOA Agency" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmlərinin 40 %-i Rüstəm Hacıyevə, 40 %-i İlkin Qəribliyə, 20%-i isə Ramin Hacıyevə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti