ICESCO-nun Baş direktoru: Yusif Məmmədəliyevin irsi bu gün də elmi zənginləşdirir

Elm və təhsil
  • 04 dekabr, 2025
  • 11:29
ICESCO-nun Baş direktoru: Yusif Məmmədəliyevin irsi bu gün də elmi zənginləşdirir

Akademik Yusif Məmmədəliyevin irsi bu gün də elmi zənginləşdirir.

"Report" xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransa videomüraciətində deyib.

Onun sözlərinə görə, Y.Məmmədəliyevin kəşfləri dünyada əks-səda doğurub: "Onun nailiyyətləri İkinci Dünya Müharibəsində mühüm yer tutur. Akademik sadəcə bir kimyaçı deyil, o, alim ürəyinə sahib maarifçi idi".

Baş direktor onun yubileyi münasibətilə Azərbaycanı təbrik edib: "Məmmədəliyevin töhfəsi gələcəyə baxışdır. ICESCO Azərbaycana verdiyi töhfələrə görə təşəkkür edir. Gələcək nəsillərin akademikin töhfələrindən ilhamlanacağına inanırıq. Hər bir təhsil sistemi öz töhfələrinin gələcəyi yönləndirməsini və qlobal cəmiyyətə xidmət etməsini təmin edir. Mən Azərbaycan rəhbərliyinə intellektual, elmi, tərəqqi, xarici təhsil və mədəni əməkdaşlıq sahəsində göstərdiyi davamlı dəstəyə görə ən səmimi təşəkkürümü bildirirəm. Bu nailiyyətlər qarşıdakı böyük yol üçün möhkəm təməl yaradır".

Son xəbərlər

Bütün Xəbər Lenti