Azərbaycanın şin istehsalçısının ləğvi ilə bağlı komissiya yaradılır

Biznes
  • 04 dekabr, 2025
  • 11:30
Azərbaycanın şin istehsalçısının ləğvi ilə bağlı komissiya yaradılır

Yanvarın 21-də, saat 11:00-da "Azərşin"ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 8 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin ləğv edilməsi barədə qərar qəbul edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən edilməsi), dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması və digər məsələlər daxildir.

"Azərşin" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,789 milyon manatdır.

Son xəbərlər

Bütün Xəbər Lenti