"Arsenal"ın iki futbolçusu son oyunda zədələnib

Futbol
  • 04 dekabr, 2025
  • 11:08
Arsenalın iki futbolçusu son oyunda zədələnib

İngiltərənin "Arsenal" klubunun iki futbolçusu Premyer Liqanın XIV turunda "Brentford"a qarşı keçirdikləri oyunda zədələnib.

"Report"un məlumatına görə, Deklan Rays və Kristian Moskera sonadək meydanda ola bilməyiblər.

Moskera ilk hissədə, Rays isə qarşılaşmanın sonlarında sıradan çıxıb.

London təmsilçisinin baş məşqçisi Mikel Arteta hələlik oyunçuların durumunu bilmədiklərini və tibbi müayinələri gözləyəcəklərini söyləyib.

Qeyd edək ki, "Arsenal" 33 xalla Premyer Liqanın lideridir.

Son xəbərlər

Bütün Xəbər Lenti