Azərbaycanın basketbol millisi Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununda uduzub

Komanda
  • 27 noyabr, 2025
  • 23:57
Azərbaycanın basketbol millisi Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununda uduzub

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

"Report"un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gəlib.

Skopyedə keçirilən qarşılaşma rəqibin 87:49 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, yığma noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti