Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın daha da gücləndirilməsi müzakirə olunub

Xarici siyasət
  • 28 noyabr, 2025
  • 00:53
Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın daha da gücləndirilməsi müzakirə olunub

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının rəsmi şəxsləri ilə görüşüb.

"Repor" xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşım edib.

"Mən Avropa İttifaqından olan həmkarlarımla Azərbaycan və Aİ arasında münasibətlərdə son vaxtlar müşahidə olunan müsbət dinamikanı müzakirə etməkdən məmnun oldum.

Biz ikitərəfli gündəliyin geniş spektrini və Azərbaycan-Aİ tərəfdaşlığının daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - H.Hacıyev yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti