Azərbaycanda ilk ödənişli yol gələn ilin mayına qədər istismara veriləcək
İnfrastruktur
- 22 fevral, 2021
- 08:27
“2022-ci ilin may ayına qədər Bakı-Quba yolunun ödənişli hissəsi istismara veriləcək”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələr” mövzusunda brifinqdə deyib.
“Bu, ilk beton yoldur və onun təmiri mərhələli şəkildə aparılıb. Artıq bu yolun bir hissəsinin təmiri başa çatdırılıb. Bakı-Quba yolunun 150 km-lik, ödənişli istifadə üçün nəzərdə tutulan hissəsinin bu ilin sonuna qədər tamamlanması mümkün olmayacaq. Onun gələn ilin mayına qədər təhvil verilməsi gözlənilir”, - o qeyd edib.
Son xəbərlər
17:47
Bakıda rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib
İKT17:45
Azərbaycan cüdoçuları Əbu-Dabidəki "Böyük Dəbilqə" turnirinin ilk gününü medalsız başa vurublar
Fərdi17:41
Olimpiya mükafatçısı mövsümün sonunda karyerasını bitirəcək
Fərdi17:40
Azərbaycanda idarələrarası rəqəmsal sənəd dövriyyəsi təşkil edilib
Sosial müdafiə17:34
Foto
Vəkilliyə qəbulla bağlı test imtahanında 224 nəfər uğurlu olub - YENİLƏNİB
Hadisə17:24
İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 170 nəfəri ötüb - YENİLƏNİB
Digər ölkələr17:22
AK Yermakın evində axtarışlar barədə: Antikorrupsiya araşdırmalarına hörmət edir və anlayırıq
Digər ölkələr17:18
İspaniya klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb
Futbol17:17