NDU ilə Çin universitetləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunur

Elm və təhsil
  • 28 noyabr, 2025
  • 17:17
NDU ilə Çin universitetləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunur
Emin Əmrullayev

Naxçıvan Dövlət Universiteti (NDU) ilə Çin universitetləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.

"Report"un yerli bürosu xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlığın inçişafı üçün imkanların olduğunu vurğulayıb:

"Çinin fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə söhbətimiz zamanı NDU ilə Çin universitetləri arasında əlaqələrin qurulması, Çindən olan tələbələrin Naxçıvanda təhsil alması, elmi tədqiqat institutları ilə əməkdaşlıq məsələləri xüsusi vurğulandı. Ali təhsil sahəsində də oxşar əməkdaşlığın genişləndirilməsini istərdik. Çin hökuməti mütəmadi olaraq bu kimi layihələr həyata keçirir və biz inanırıq ki, əməkdaşlıq müxtəlif sahələri əhatə edəcək. Bu, həm Naxçıvanda, həm də Azərbaycanın digər bölgələrində mümkün ola bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti