Bakıda rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib

İKT
  • 28 noyabr, 2025
  • 17:47
Bakıda rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib

Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) yekunlarına əsasən, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) üzv dövlətləri planetin bütün sakinləri üçün rabitə əlçatanlığının təmin edilməsi üzrə qlobal yol xəritəsinin qəbul edilməsi barədə razılığa gəlib.

"Report"un ITU-ya istinadən məlumatına görə, WTDC-25-də təsdiqlənən Bakı Fəaliyyət Planı, telekommunikasiya və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan insanyönümlü rəqəmsal inkişafın əsasını formalaşdırır.

Sənəddə inkişaf etməkdə olan ölkələrin, kifayət qədər bağlantısı olmayan regionların və həssas əhali qruplarının ehtiyaclarına xüsusi diqqət yönəldilib.

WTDC-25-in əsas yekun sənədinə ITU-nun rəqəmsal inkişaf sahəsində gələcək işini müəyyən edən yenilənmiş və yeni qətnamələr, həmçinin ITU-nun Telekommunikasiya İnkişafı Sektoru (ITU-D) üçün tövsiyələr daxildir. Bundan əlavə, plan ITU-D regionlarında rəqəmsal inkişafın əsas problemlərini həll etməyə yönəlmiş yeni təşəbbüslərin başlanılmasını nəzərdə tutur və ekspert tədqiqat qruplarınun nəzərdən keçirəcəyi yenilənmiş mövzuları müəyyən edir.

Məlumat yenilənir

Son xəbərlər

Bütün Xəbər Lenti