AK Yermakın evində axtarışlar barədə: Antikorrupsiya araşdırmalarına hörmət edir və anlayırıq

Digər ölkələr
  • 28 noyabr, 2025
  • 17:22
AK Yermakın evində axtarışlar barədə: Antikorrupsiya araşdırmalarına hörmət edir və anlayırıq

Avropa Komissiyası (AK) Ukraynanın yüksək vəzifəli şəxslərini, o cümlədən Prezident Ofisinin rəhbəri Andrey Yermakı da əhatə edən antikorrupsiya araşdırmalarının keçirilməsini alqışlayır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə Avropa İttifaqının (Aİ) mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.

"Biz anlayırıq ki, araşdırmalar davam edir. Ukraynadakı antikorrupsiya orqanlarının öz işini yerinə yetirdiyini göstərən bu araşdırmalara hörmət edirik", - P.Pinyo bildirib.

O vurğulayıb ki, bu fakt antikorrupsiya orqanlarının həqiqətən mövcud və fəaliyyət üçün icazəyə malik olduğunu göstərir.

Öz növbəsində Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye korrupsiya ilə mübarizənin ölkənin Aİ-yə daxil olması üçün əsas element olduğunu qeyd edib.

"Bu, davamlı səylər və korrupsiyaya qarşı mübarizə üçün güclü qabiliyyət tələb edir. Bu, bir neçə həftə əvvəl dərc edilmiş genişləndirmə hesabatımızda da nəzərdən keçirdiyimiz əsas elementdir. Beləliklə, vəziyyəti çox diqqətlə izləməyə davam edəcəyik", - G.Mersye vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti