Azərbaycanda idarələrarası rəqəmsal sənəd dövriyyəsi təşkil edilib

Sosial müdafiə
  • 28 noyabr, 2025
  • 17:40
Azərbaycanda idarələrarası rəqəmsal sənəd dövriyyəsi təşkil edilib

Azərbaycanda idarələrarası rəqəmsal sənəd dövriyyəsi təşkil edilib.

"Report" xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov "Peşələr Sammiti"ndə deyib.

Onun sözlərinə görə, rəqəmsallaşma vətəndaşlara üstünlüklər verir:

"Rəqəmsallaşmanın əhəmiyyətini pandemiya dövründə daha çox gördük. Aydın oldu ki, biz rəqəmsallaşdırmaya tam hazır deyilmişik. Pandemiyadan sonrakı dövrdə iş yerlərində hibrid sistemə keçid başladı. Rəqəmsallaşma prosesləri iş yerində olmadan idarə etməyə şərait yaratdı. Biz bunu pandemiya dövründə də gördük"

Mərkəz rəhbəri vurğulayıb ki, pandemiya dövrü iş mühitinin texniki alətlər üzərində qurulmalı olduğunu göstərib:

"Hələ ki tam keçid edə bilməsək də, bu istiqamətdə işlər davam edir. Ölkəmizdə idarələrarası rəqəmsal sənəd dövriyyəsi təşkil edilib".

Son xəbərlər

Bütün Xəbər Lenti