Qubada baş verən yol qəzasında sürücü ölüb, daha bir nəfər xəsarət alıb
Hadisə
- 27 sentyabr, 2025
- 00:24

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda qəza baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb.
Avtomobildə olan sərnişin - 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər
02:23
Video
Xarici İşlər Nazirliyi Anım Günü ilə əlaqədar videoçarx paylaşıb
Daxili siyasət02:09
Əraqçi: BAEA müfəttişləri hazırda İrandadırlar
Region01:48
XİN: Ərazi bütövlüyümüzə qarşı iddiaların Ermənistan Konstitusiyasından çıxarılması önəmlidir
Xarici siyasət01:42
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Daxili siyasət01:39
Çin ABŞ-ni İranla nüvə sazişi danışıqlarını bərpa etməyə çağırıb
Digər ölkələr01:25
İtaliyanın XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik
Xarici siyasət01:06
Şahbaz Şərif: Tramp Asiyada müharibənin qarşısını aldı
Digər ölkələr01:00
Video
"Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət00:40