Şahbaz Şərif: Tramp Asiyada müharibənin qarşısını aldı

Digər ölkələr
  • 27 sentyabr, 2025
  • 01:06
Şahbaz Şərif: Tramp Asiyada müharibənin qarşısını aldı

ABŞ Prezidenti Donald Trampın Pakistan-Hindistan münaqişəsinin nizamlanması üzrə səyləri Cənubi Asiyada tam miqyaslı müharibənin qarşısını almağa kömək edib.

"Report"un məlumatına görə, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.

"Biz Donal Trampa və onun komandasına atəşkəsə nail olmaqda fəal roluna görə dərin minnətdarlığımızı bildiririk. Prezident Trampın sülhün bərqərar edilməsi istiqamətində göstərdiyi səylər Cənubi Asiyada müharibənin qarşısını almağa kömək etdi. Əgər o, vaxtında və qətiyyətlə müdaxilə etməsəydi, tam miqyaslı müharibənin nəticələri fəlakətli olardı", - deyə Şərif bildirib.

Pakistan Baş naziri həmçinin vurğulayıb ki, İslamabad bütün həll olunmamış məsələlərlə bağlı Hindistanla hərtərəfli, geniş və nəticəyönümlü dialoqa hazırdır.

Son xəbərlər

Bütün Xəbər Lenti