İtaliyanın XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik

Xarici siyasət
  • 27 sentyabr, 2025
  • 01:25
İtaliyanın XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik

Mən hələ müharibə davam etdiyi dövrdə Azərbaycan və Ermənistan arasında sülhün bərpa olunması üçün təşəbbüs etmiş və bu istiqamətdə çalışmışam.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

Nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh İtaliya hökuməti tərəfindən dəstəklənir:

"Bizim məqsədimiz sülhdür, Azərbaycan və Ermənistan arasında, Yaxın Şərqdə və Ukraynada sülh. Bu məqsədlərə nail olmaq üçün çox çalışırıq.8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı və ABŞ Prezidentinin şahidliyi ilə sülh razılaşmasının paraflanmasına görə çox xoşbəxtəm. Biz bu razılaşmanı dəstəkləmək üçün çalışırıq. Gələn illərdə Azərbaycana getmək və bölgədə sülhü görmək istəyirəm".

Nazir həmçinin Azərbaycan və İtaliya arasında uzun illər öncə qurulmuş uğurlu əməkdaşlıqdan danışıb:

"Bizim bütün ölkələrlə çox yaxşı münasibətlərimiz var. Biz sülh içində yaşamaq istəyirik. Strategiyamız hamı ilə gözəl münasibətlər qurmaqdır. Azərbaycanla müxtəlif sahələrdə uğurlu və çox müsbət əlaqələrimiz mövcuddur", – deyə nazir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti