Pentaqon rəhbərinin təcili görüşə çağırdığı generallarla danışacağı mövzular açıqlanıb
- 27 sentyabr, 2025
- 00:40

ABŞ-nin müharibə naziri (Pentaqon rəhbəri) Pit Heqset sentyabrın 30-da yüzlərlə amerikalı general və admiralla görüş təyin edib ki, "mənəvi əhval-ruhiyyə" haqqında danışsın.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Washington Post" (WP) məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon rəhbəri Virciniya ştatının Quantiko şəhərində hərbi standartlara və mənəvi-psixoloji vəziyyətə həsr olunmuş və bir saatdan az davam edəcək iclasda qısa nitqlə çıxış etməyi planlaşdırır. Bu arada, bəzi hərbi rəhbərlər mümkün işdən çıxarılmalara hazırlaşır.
Nəşr vurğulayıb ki, bu, Heqset və ABŞ hərbi liderləri arasında onun "qısa mühazirələr" oxumağı planlaşdırdığı qarşıdan gələn üç görüşdən birincisi olacaq. İkinci görüşdə hərbi-sənaye bazası, bu ilin dekabrında Kaliforniyada keçirilməsi gözlənilən üçüncü mühazirə isə çəkindirmə məsələlərinə həsr olunacaq.