Balakəndə karantin qaydalarını pozan toy sahibləri cərimələnib
Hadisə
- 27 iyul, 2021
- 09:28
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mahamalar və Tülü kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb.
Aşkarlanan qayda pozuntuları ilə bağlı toy sahibləri inzibati məsuliyyətə cəlb edilib və onların hər biri 400 manat cərimələnib.
Son xəbərlər
05:21
Kolumbiya prezidentindən Trampa müraciət: Suverenliyimizə hücum müharibə elanıdır
Digər ölkələr04:45
ABŞ Milli Təhlükəsizlik Agentliyi 2000 işçisini ixtisar edib
Digər ölkələr04:09
BMT: Bu il qlobal iqtisadi artım səviyyəsinin 2,6%-ə qədər azalacağı gözlənilir
Digər ölkələr03:34
Tramp Lula da Silva ilə ABŞ-nin Braziliyaya tətbiq etdiyi tarifləri müzakirə edib
Digər ölkələr03:06
"Barselona" İspaniya Futbol Çempionatında "Atletiko Madrid"i məğlub edib
Futbol02:17
Putinin köməkçisi: Rusiya ilə ABŞ arasında təmaslar davam edəcək
Region02:06
Uşakov: Kremldə Ukraynada sülh planının bir neçə variantı müzakirə olunub
Region02:04
Xəzərin sahilində tapılan ölü suitilərin sayı 500-ə çatıb - Yenilənib
Digər01:37
Foto