Premyer Liqa: Bu gün "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək
- 31 avqust, 2025
- 09:02

Bu gün Misli Premyer Liqasında III turun matçlarına yekun vurulacaq.
"Report" xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə ölkə çempionu "Qarabağ" debütant "Karvan-Yevlax"ın qonağı olacaq.
Turun bağlanış matçında isə "Sabah" "İmişli"ni sınağa çəkəcək.
Misli Premyer Liqası
1-ci dövrə, III tur
17:00. "Karvan-Yevlax" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu
19:30. "Sabah" – "İmişli"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Bank Respublika Arena"
Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Neftçi"ni (1:0), "Zirə" "Kəpəz"i (5:0), "Araz-Naxçıvan" "Qəbələ"ni (2:1) məğlub edib. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.