Masazırda fərdi yaşayış evindəki yanğında iki nəfər ölüb - YENİLƏNİB-2
- 02 sentyabr, 2025
- 09:10

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evindəki yanğın nəticəsində ölən şəxlərin adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, bunlar 1949-cu il təvəllüdü Xanım Ağakərim qızı Əliyeva və onun qızı, 1967-ci il təvəllüdlü Reyhan Oruc qızı Əliyevadır.
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.
İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.
Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar araşdırma aparır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğını bitişik digər evlərə keçməsinə imkan vermədən tam söndürüb.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin gördüyü zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.

