"CNN": 1985-ci ildə "Titanik"in axtarışları ABŞ HDQ-nin əməliyyatını gizlətmək məqsədi daşıyıb

Digər ölkələr
  • 02 sentyabr, 2025
  • 05:12
CNN: 1985-ci ildə Titanikin axtarışları ABŞ HDQ-nin əməliyyatını gizlətmək məqsədi daşıyıb

1985-ci ildə batmış "Titanik"in axtarışları, SSRİ-dən gizlətməyə çalışdıqları "Thresler" və "Scorpion" adlı iki atom sualtı qayığının ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yoxlanılması missiyasını gizlətmək məqsədi daşıyıb.

"Report" xəbər verir ki, bunu "CNN" telekanalına müsahibəsində axtarış ekspedisiyasının aparıcı tədqiqatçısı Robert Ballard bildirib.

"O vaxt insanların çoxu, "Titanik"in axtarışlarının hərbi kəşfiyyat zabiti kimi apardığım son dərəcə məxfi hərbi əməliyyatını gizlətmək məqsədi daşıdığını bilmirdilər. Biz SSRİ-nin sualtı qayığımızın harada olduğunu bilməsini istəmirdik", - deyə o qeyd edib.

Ballardın sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri "Argo" adlı sistemin hazırlanması ideyasını dəstəkləyib ki, bu da tədqiqat gəmisinə video ötürə bilən uzaqdan idarə olunan sualtı aparatların yaradılmasını nəzərdə tutub. Hərbi dəniz qüvvələrinin məqsədi bundan, o cümlədən iki sualtı qayığın batma səbəblərini aydınlaşdırmaq və kəşfiyyat məlumatları toplamaq üçün istifadə etmək olub. Ballard öz növbəsində "Titanik"in axtarışları üçün "vaxt ayırmağa" inandırıb ki, bu da ABŞ Hərbi Dəniz Qüvvələrinin missiyasını gizlətmək məqsədi daşıyıb.

Bir neçə min insanın göyərtəsində olduğu "Titanik"in suya endirilməsi 31 may 1911-ci ildə baş tutub. Laynerin konstruktoru irlandiyalı biznesmen və gəmi inşaatçısı, "Harland & Wolff"un icraçı direktoru Tomas Endryus idi. O, 15 aprel 1912-ci ildə gəminin qəzaya uğraması nəticəsində həlak olub.

"Titanik" sərnişin layneri həmçinin ABŞ-yə məktub və bağlamaların çatdırılması vəzifəsini yerinə yetirən poçt gəmisi funksiyasını da yerinə yetirməli idi. Gəmi 10 aprel 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən ilk və son səfərinə çıxıb. Aprelin 14-dən 15-ə keçən gecə o, Şimali Atlantika sularında aysberqlə toqquşub və 2 saat 40 dəqiqə sonra batıb. Qəza nəticəsində təxminən 1 500 insan həlak olub, 712 sərnişin və ekipaj üzvü xilas ola bilib.