"Neftçi" ilə matçı buraxan "Qarabağ" futbolçularının durumuna aydınlıq gəlib
Futbol
- 08 fevral, 2022
- 05:52

"Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XV tur oyununda iştirak etməyən "Qarabağ"ın futbolçularının son durumu açıqlanıb.
Klubdan "Report"a verilən məlumata görə, koronavirusa yoluxan Qara Qarayev, mikrozədəsi olan kapitan Maksim Medvedev və özünü narahat hiss etdiyi üçün meydana çıxmayan İbrahima Vadji qarşıdakı matçlarda komandaya kömək edə biləcək.
Hər üç oyunçu fevralın 11-də "Keşlə" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşünə hazır olacaq.
"Qarabağ"la qarşılaşmada zədələndiyi üçün əvəzlənən "Neftçi"nin futbolçusu Huqo Bastonun da durumu ciddi deyil.
Qeyd edək ki, "Qarabağ" rəqibini 2:1 hesabı ilə üstələyib. Ağdam təmsilçisi ölkə kubokunun ilk matçında "Keşlə"ni minimal hesabla yenib - 1:0.
Son xəbərlər
19:35
Kibertəhlükəsizlikdə idarəetmə, risk və uyğunluq mövzusunda müzakirələr keçirilib
Daxili siyasət19:16
Foto
Video
ABŞ Mərkəzi Komandanlığı Azərbaycana Əfqanıstandakı missiyasına görə minnətdarlıq edib
Hərbi19:07
Tramp: "Şatdaun" respublikaçılara demokratların proqramlarını ləğv etmək imkanı verib
Digər ölkələr19:00
Türkiyə PA: Can Azərbaycanın yanında olmaqdan qürur duyuruq
Xarici siyasət18:52
Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib
Xarici siyasət18:38
Foto
Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib
Xarici siyasət18:27
İspaniyanın paytaxtında yüzlərlə yanğınsöndürən etiraz aksiyası keçirir
Digər ölkələr18:27
Azərbaycan Basketbol Liqasının III turunda daha bir görüş baş tutub
Komanda18:10
Foto