Millimizin toplanışına qatıla bilməyən futbolçu yoxlama matçında oynadı
Futbol
- 29 avqust, 2020
- 06:18
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın “Albasete” klubu yoxlama oyunu keçirib.
"Report"un məlumatına görə, Sequnda təmsilçisi "Kastelyon"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Baş məşqçi Lukas Alkaras 28 yaşlı yarımmüdafiəçiyə start heyətdə şans verib. İsrafilovla birlikdə digər 10 oyunçu fasilədə əvəzlənib.
Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak etmir. O, koronavirus səbəbindən İspaniyadakı vəziyyətin gərgin olduğunu bildirib və Bakıya gələ bilməyəcəyi üçün yığmanın baş məşqçi Canni De Byaziyə müraciət edib.
Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.
Son xəbərlər
02:43
Qərbi Azərbaycan Xronikası: Dağıdılan hər qəbiristanlığın dəqiq tarixini müəyyən etmişik
Daxili siyasət02:13
Bolqarıstanda büdcə siyasətinə qarşı genişmiqyaslı etirazlar keçirilir
Digər ölkələr01:42
ABŞ Prezidentinin xüsusi elçisi Rusiyaya gedir
Digər ölkələr01:37
ABŞ şirkətləri İraqda neft yatağının idarə olunmasında "Lukoyl"u əvəz edə bilər
Digər ölkələr01:03
Dekabrın 3-5-də Bakının iki rayonunun bəzi ərazilərində su kəsiləcək
İnfrastruktur00:56
BMT: Mülki infrastruktur obyektlərinə hücumlar beynəlxalq hüquqla qadağandır
Digər ölkələr00:35
Ağ Ev: Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbin yanaşırıq
Digər ölkələr00:08
Tramp Konqo DR və Ruandanın rəhbərlərini sülh sazişini imzalamaq üçün qəbul edəcək
Digər ölkələr23:55