Mahir Emreli hücuma məruz qaldığı üçün "Legiya"dan ayrılmağa qərar verib
Futbol
- 14 dekabr, 2021
- 05:14
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubundan ayrılmaq istəyir.
"Report" "Sportfakty" saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağı qərara gəlib.
Forvard müqaviləni ləğv etmə variantının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə də saxlayıb. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya da yollanıb.
Emrelinin növbəti tur "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.
Qeyd edək ki, fanatlar "Visla" ilə görüşdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.
Son xəbərlər
15:19
EIB Bakı metrosunun modernləşdirilməsi layihəsinin 50 %-nə qədərini maliyyələşdirməyə hazırdır - EKSKLÜZİV
İnfrastruktur15:16
Xəzəryanı əməkdaşlıq üzrə komissiyanın iclası dekabrın 8-də keçiriləcək
Digər ölkələr15:16
Foto
Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib
Energetika15:15
Netanyahu "Mossad"a direktor təyin edib
Digər ölkələr15:07
Almaniya Ukraynanın enerji infrastrukturunun bərpasına 100 milyon avro ayıracaq
Region15:01
Foto
Hesablama Palatası İslam İnkişaf Bankı ilə əməkdaşlıq edəcək
Maliyyə15:01
Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb
Futbol14:56
Mbappe Ronaldunun "Real"dakı tarixi rekordunu qıra bilər
Futbol14:51