Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Digər ölkələr
  • 04 dekabr, 2025
  • 14:51
Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Azərbaycan və Ermənistan normallaşma prosesi və yekun sülh müqaviləsinin bağlanması istiqamətində hərəkət edir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Norveçin xarici işlər naziri Eslen Bart Eyde Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında bildirib.

"Azərbaycan və Ermənistan irəliləmək, həll tapmaq və Vaşinqtonda əldə edilmiş razılaşmanı həyata keçirmək üçün iradə nümayiş etdirir. Biz bunu yalnız alqışlamamalı, həm də onlara dəstək verməliyik", - Norveç XİN başçısı deyib.

Onun sözlərinə görə, bu, ATƏT-in uzun illər ərzində məşğul olduğu məsələlərdən birində konstruktiv irəliləyişə nail olmaq üçün önəmlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti