Almaniya Ukraynanın enerji infrastrukturunun bərpasına 100 milyon avro ayıracaq

Region
  • 04 dekabr, 2025
  • 15:07
Almaniya Ukraynanın enerji infrastrukturunun bərpasına 100 milyon avro ayıracaq

Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi KfW İnkişaf Bankı vasitəsi ilə Ukraynanın energetika infrastrukturuna 100 milyon avro ayıracaq.

"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-i nazirliyə istinadən xəbər verib.

Ayrılacaq vəsait bu il ayrılan 60 milyon avroya əlavədir. Bu vəsait Enerji birliyinin energetika dəstəyi fondunun hesabına (Ukraine Energy Support Fund, UESF) daxil olacaq.

2022-ci ilin fevral ayından fonda 1,3 milyard avrodan çox vəsait yığılıb. Ukraynanın energetika infrastrukturunun bərpasını təmin edən Fondun əsas donoru Almaniyadır.

Son xəbərlər

Bütün Xəbər Lenti