Mbappe Ronaldunun "Real"dakı tarixi rekordunu qıra bilər
Futbol
- 04 dekabr, 2025
- 14:56
İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe Madrid təmsilçisinin sabiq üzvü Kriştianu Ronaldunun tarixi rekordunu qırmağa yaxındır.
"Report" xəbər verir ki, 26 yaşlı hücumçu hazırkı təqvim ilində "Kral klubu"nun formasında 55 qola imza atıb.
Fransalı forvard son olaraq "Atletik"i məğlub etdikləri La Liqa matçında dubl edib.
Ronaldunun bir təqvim ilində "Real"dakı rekordu 59 qoldur. Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən oyunçu buna 2013-cü ildə nail olub.
Paytaxt komandasının ilin sonunadək daha dörd oyunu var. Xabi Alonsonun baş məşqçisi olduğu kollektiv La Liqada "Selta", "Alaves", "Sevilya" və UEFA Çempionlar Liqasında İngiltərə təmsilçisi "Mançester Siti" ilə üz-üzə gələcək.
Son xəbərlər
22:54
Qərbi Azərbaycan İcması ABŞ-ın vitse-prezidentinə bəyanat ünvanlayıb
Xarici siyasət22:38
Foto
Bakıda təşkil olunan badminton üzrə beynəlxalq turnir başa çatıb
Fərdi22:32
Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb - Göygöldəki qətlin təfərrüatı - YENİLƏNİB
Hadisə22:31
Vitali Stepanovski: "Sabah"la oyunda səhvlərə yol verdik və şanslarımızı dəyərləndirə bilmədik"
Komanda22:19
Londondan Dehliyə uçan təyyarə Bakıda məcburi eniş edib
Hadisə22:01
Norveçli idmançı İtaliyada olimpiya rekordunu yeniləyib
Fərdi21:40
Foto
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar
Daxili siyasət21:36
Rəşad Sadıqov: "Sumqayıt"la matçda top fərqi daha böyük ola bilərdi"
Futbol21:31