Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib
Futbol
- 26 noyabr, 2025
- 18:19
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə "Napoli"yə (İtaliya) qarşı matçda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib.
Bu barədə "Report"a Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, bu gün aparılan müayinələrdən sonra kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğunu söyləyib.
"Komandamız sabah istirahət edəcək. Medinanın birisigündən komanda ilə məşqlərə qoşulması gözlənilir", - deyə A.Hacıyev bildirib.
Qeyd edək ki, ötən gün baş tutan matçda "Napoli"nin üzvü Skott Maktomineyin 51-ci dəqiqədə qapıya vurduğu top Medinanın üzünə dəyib və nəticədə Kevin huşsuz vəziyyətdə yerə yıxılıb.
Son xəbərlər
01:18
Litva hibrid təhdidlərlə mübarizə üçün NATO-dan mütəxəssislər istəyib
Digər ölkələr00:55
ABŞ aprelədək "Lukoyl"un Rusiyadan xaricdəki obyektlərində maliyyə əməliyyatına icazə verib
Digər ölkələr00:34
Azərbaycanla Gürcüstan arasında bir sıra sahələr üzrə əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
Xarici siyasət00:24
Foto
Azərbaycan və İrlandiya rəsmiləri əməkdaşlıq sahələrində dinamikanı müsbət qiymətləndiriblər
Xarici siyasət00:04
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib - YENİLƏNİB
Xarici siyasət00:00
Foto
Azərbaycan - NATO əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub
Xarici siyasət00:00
Bu gecə Azərbaycanda Super Ay hadisəsi müşahidə olunacaq
Elm və təhsil23:55
Avropa reallığı gördü: Azərbaycanın gücü dəyərlidir
Xarici siyasət23:48
Foto