Kaxaber Sxadadze: "Qəbələ" üçün Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəlmək vacib idi"

Futbol
  • 04 dekabr, 2025
  • 18:29
Kaxaber Sxadadze: Qəbələ üçün Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəlmək vacib idi

"Qəbələ" üçün Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəlmək vacib idi.

"Report" xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Kaxaber Sxadadze "Şəfa"ya qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qazanılan qələbəyə görə futbolçulara təşəkkür edib:

"Kubokda növbəti mərhələyə yüksəlmək vacib idi. "Araz-Naxçıvan"la çətin oyundan sonra komandada yorğunluq var idi. İlk dəqiqələrin çətin olacağını bilirdik. "Şəfa" çox yaxşı komandadır. Kompakt şəkildə müdafiə olunurlar. Premyer Liqaya yüksəlməyə əsas namizədlərdən biridir. Qol vurduqdan sonra sakitləşdik. Bundan yaralanan rəqib hesabı bərabərləşdirdi. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çətin qrafikimiz var. Qarşıda bizi "Turan Tovuz"la oyun gözləyir. Bu qələbələr bizə inam verməlidir. Qış fasiləsinə kimi 3 vacib oyunumuz var. Çalışacağıq ki, maksimim xal toplayaq".

Qeyd edək ki, "Qəbələ" - "Şəfa" qarşılaşması bölgə klubunun 2:1 hesablı qələbəsi ilə bitib. "Qırmızı-qaralar" 1/4 finalda "Sabah"la üz-üzə gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti