"NARGIS" Nəşriyyat evinin "Winter in Azerbaijan" adlı yeni sərgisi açılıb

Biznes
  • 04 dekabr, 2025
  • 19:01
NARGIS Nəşriyyat evinin Winter in Azerbaijan adlı yeni sərgisi açılıb

Yeni il mövsümü yaxınlaşır və bununla birlikdə ənənəvi "Gingerbread City" də geri qayıdır! Dekabrın 1-də "Port Baku Mall"da açılan sərgi bu il Azərbaycan bayrağındakı aypara və səkkizguşəli ulduzdan ilhamlanıb və "Winter in Azerbaijan" adlandırılıb. Bayram əhval-ruhiyyəsini yaşamaq istəyirsinizsə, bu tədbiri qaçırmayın!

"NARGIS" Nəşriyyat evi mütəmadi olaraq ictimai həyatın müxtəlif sahələrini əhatə edən irimiqyaslı tədbirlər təşkil edir. Adətən bayram günlərində keçirilən bu sərgidə Bakı şəhərinin abidələri və Azərbaycan adət-ənənələrinə aid atributlar miniatür formada nümayiş etdirilir. Layihənin ideyası "NARGIS" jurnalının baş redaktoru Ülviyyə Mahmuda məxsusdur.

Sərgi Azərbaycanın peşəkar şirniyyatçıları və memarları tərəfindən hazırlanacaq. Aypara və səkkizguşəli ulduz formasında dizayn edilmiş maketdə ölkəmizin rəmzləri və zəngin mədəni irsi əks olunacaq. Kompozisiyanın beynəlxalq səviyyədə də təqdim olunmasına xüsusi önəm veriləcək. Bu, mədəniyyətimizin xarici auditoriya arasında tanıdılmasına güclü təkan verəcək.

"NARGIS" komandası "Azərbaycan Hava Yolları" QSC-yə, "Azərbaycan Dəmir Yolları" QSC-yə, "Azərpoçt" MMC, "Bakı Metropoliteni" QSC-yə, Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, "Wolt" çatdırılma şirkətinə, "MasterCard"a, "Push30" MMC-yə, "Miniboss Business School" tədris mərkəzinə, "Medsol" MMC-yə, "Kidsberry" mağazasına, "Glodemia" tədris mərkəzinə, "İTicket" MMC-yə, "The Attack" kafesinə və "a"Nanas" restoranına verdiyi dəstəyə görə minnətdarlığını bildirir.

Sərginin keçirilməsi üçün məkan ayırdığına görə "Port Baku Mall" ticarət mərkəzinə xüsusi təşəkkürümüzü bildiririk.

Sərginin açılışı 1 dekabr tarixində baş tutub və 15 yanvar 2026-cı il tarixinədək davam edəcək. Giriş ödənişsizdir.

Son xəbərlər

Bütün Xəbər Lenti